Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 12:14:42
Yeni paytaxt salaq, adını da Heydərabad qoyaq – Deputatdan TƏKLİF

Azərbaycanda yeni şəhərin salınması təklif edilib.

 

AzEdu.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Azər Badamov çıxış edib.

 

Deputat bildirib ki, yeni şəhər Heydərabad adlandırılmalıdır: “Bakıda göydələnlərin olması problemli haldır. Binaların sıx tikilməsi də təhlükəsizlik baxımdan problem yaradır. Allah etməsin hər hansı fövqəladə hal baş versə, təhlükəli hal yaşanacaq. Yeni şəhər salınmalıdır. Həmçinin, bu şəhərə paytaxt statusu verilməlidir. Bununla bərabər əhəmiyyətli dövlət orqanları həmin şəhərə köçürülməlidir. Bu il “Heydər Əliyev ili” olduğundan təklif edirəm ki, yeni şəhər Heydərabad adlandırılsın. Bununla da ümumilli liderin adı əbədi yaşayar və ruhu şad olar”.