Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 12:00:00
Ata dərsdən “2” alan oğlunu öldürüb

Çində ata 13 yaşlı oğlunu öldürüb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisəyə məktəb yaşlı oğlanın dərsdən aşağı qiymət alması səbəb olub.

Yan Cunmin adlı ata valideyn iclasında olarkən müəllimin ona oğlunun zəif oxuduğunu deyib. Evə qayıdan ata samuray qılıncı ilə oğlunu vurub.

Məhkəmə-tibbi ekspertizası oğlanın ölümündən əvvəl bir neçə dəfə döyüldüyünü də müəyyən edib.

Hadisə Çində səs-küyə və geniş müzakirələrə səbəb olub.