Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 10:18:06
Yol qəzasında ölən 3 nəfərdən 2-si müəllimdir

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də - Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər veriri ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, "Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 3 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.


Verilən məlumatlara görə, yol qəzasında ölənlərdən ikisi müəllimdir. Qəzada dünyasını dəyişən Aygün İsmayılova və Aygün Vəliyevanın Siyəzən rayonunun Məşrif kənd tam orta məktəbində çalışdıqları bildirilir.