Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 08:30:00
Türkiyə zəlzələsində ölü sayı 38 mini keçdi

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 mini keçib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Təbii fəlakət zamanı 38044 nəfərin həlak olduğu bildirilir.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.