Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 19:30:00
Zəlzələdən sonra bölgədə 4627 uşaq doğulub

Fevralın 6-dan bugünə kimi Türkiyənin zəlzələ baş verən bölgələrində 4627 uşaq doğulub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyənin Xalq Sağlamlığı Ümumi İdarəsi açıqlama yayıb.

 

Zəlzələ bölgəsində doğulan körpələrin analarına və doğuma hazırlaşan analara bir çox sahədə dəstək verdiyi bildirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub.

Təbii fəlakət zamanı 36 mindən çox insan həyatını itirib, 110 minə yaxın şəxs yaralanıb. Dəhşətli hadisənin baş verməsindən 11 gün keçməsinə baxmayaraq, hələ də dağıntılar altında qalanlar, itkin düşənlər var.