Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 17:51:00
Uşaqlar üçün musiqi səsləndirən müəllim işdən ÇIXARILDI

İranda müəllim sinifdə uşaqları musiqiyə qulaq asdırdığına görə işdən çıxarılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı İranın Baş Təhsil İdarəsinin rəisinə istinadla məlumat yayıb.

 

Bildirilir ki, Mazandaran əyalətinin Amol şəhərində dərs zamanı “Qanqster” ifasını səsləndirən qadın müəllim işdən azad edilib.

 

Bundan əlavə, həmin məktəbin də fəaliyyətinin dayandırılacağı güman edilir.