Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 17:30:00
Təhsil İnstitutu müəllif müsabiqəsi elan etdi

ARTİ-nin Təhsil Resursları Mərkəzi riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik hazırlanması məqsədilə müəllif müsabiqəsi elan edir. 

 

AzEdu.az müsabiqədə iştirak etmək istəyənlər üçün tələbləri təqdim edir:

 

•       Riyaziyyat fənni üzrə dərin biliklər;

•       Araşdırmaçılıq, tədqiqatçılıq keyfiyyətləri;  

•       Yüksək özünütəhsil vərdişləri; 

•       Xarici dil bilikləri  – rus və ingilis dillərində ən azı, oxuyub-anlama səviyyəsi;  

•       Kompüter və İKT-dən istifadə bacarıqları; 

•       Təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı; 

•       Pedaqoji təcrübə;  

•       Fənn kurikulumu ilə tanışlıq; 

•       Riyaziyyat fənni və tədrisi üzrə elmi dərəcə arzuolunandır;  

•       Tədris resurslarının hazırlanması üzrə təcrübə arzuolunandır. 

 

Müsabiqədən keçən müəllifliyə namizədlər xarici mütəxəssislər tərəfindən keçiriləcək təlimlərə cəlb olunacaq. 

 

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur.