Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 17:14:28
Rektor Bakıya gələn çinli doktora medal verdi

Fevralın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ADNSU-nun Çində təmsilçisi, doktor Renying Li ilə görüşüb. 

AzEdu.az xəbər verir ki, qonağı universitetdə salamlayan M.Babanlı genişlənməkdə olan tədris imkanları və tələbə mübadiləsindən danışıb. Çinlə tələbə mübadiləsi sahəsində əməkdaşlığa universitetdə hər zaman xüsusi önəm verildiyini deyən rektor, professor M.Babanlı Koronavirus (Covid-19)  pandemiyasından sonra əlaqələrin inkişaf etdirilməsi istiqamətində yeni işlər görülməsinin əhəmiyyətini qeyd edib. 

Dünyada geniş yayılmış pandemiya səbəbindən universiteti onlayn formada təmsil edən doktor Renying Li uzun müddət sonra universitetdə olmaqdan şad olduğunu deyib. 

Sonda Reyninq Liyə ADNSU-nun 100 illik yubiley medalı təqdim olunub.