Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 16:46:00
Hesablama Palatasının əməkdaşları BMU-da...

Bakı Mühəndislik Universitetində (BMU) Hesablama Palatasının əməkdaşları ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Hesablama Palatasının Aparat rəhbəri vəzifəsini icra edən, Dövlət büdcəsi və strateji təhlil şöbəsinin müdiri Tamerlan Yusif-zadə, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri Fərqanə Əliyeva, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev,Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov iştirak edib.

 

Universitetin elmi işlər üzrə prorektoru Elçin Süleymanov Hesablama Palatası ilə əməkdaşlığın önəmini vurğulayıb və hər iki qurum arasında mühüm layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

 

BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Mayis Əzizov qonaqlara universitet haqqında ətraflı məlumat verib.

 

Hesablama Palatasının Aparat rəhbəri vəzifəsini icra edən, şöbə müdiri Tamerlan Yusif-zadə təmsil etdiyi qurumun  həyata keçirdiyi əməkdaşlıq layihələrindən, həmçinin BMU ilə əməkdaşlığın mümkün istiqamətlərindən bəhs edib.

 

Görüşdə İqtisadiyyat və idarəetmə fakültəsində audit təhsili alan sonuncu  kurs (bakalavr və magistratura) tələbələri üçün  “Dövlət sektorunda audit” mövzusunda təlimlərin həyata keçirilməsi, ixtisaslı kadr hazırlığını təşkilinə və birgə əməkdaşlığın genişləndirilməsinə dəstəyin göstərilməsi, istedadlı tələbələrin Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması, təcrübə mübadiləsi kimi məsələlər nəzərdən keçirilib.