Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 14:48:00
AzTU-da maaşlarla bağı qərar verildi

Azərbaycan Texniki Universitetində (AzTU) Elmi şuranın növbəti iclası keçirilib.

 
AzEdu.az xəbər verir ki, iclasda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri barədə hesabat təqdim olunub. Həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.
 
 
Bundan başqa, 2022-ci ildə AzTU-nun elmi-tədqiqat və innovasiya fəaliyyəti haqqında da hesabat verilib. Bildirilib ki, 2022-ci ildə aparılan tədqiqat işlərinin nəticələrinə uyğun AzTU-da professor-müəllim heyəti üçün Differensial Əməkhaqqı Sisteminin tətbiqi ilə bağlı təqdim edilən məlumatlar təsdiqlənib. Belə ki, professor-müəllim heyəti arasından 64 nəfərin əməkhaqqına 2023-cü il ərzində əlavələrin edilməsi, həmçinin 85 əməkdaşın beynəlxalq bazalara daxil olan elmi nəşrlərdə dərc olunan məqalələrə görə mükafatlandırılması təsdiq edilib.
 
 
Müzakirələrdən sonra əməkdaşların layihə əsaslı tədqiqat və nəşr işinin gücləndirilməsi, həmçinin sənaye əhəmiyyətli tədqiqatların aparılmasına diqqətin artırılması barədə qərar qəbul edilib.