Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 14:15:00
Məktəbə getməyən uşaqların ən çox olduğu ölkələr - ARAŞDIRMA

Bu gün dünyada elə ölkələr var ki, uşaqlar kütləvi olaraq təhsildən kənarda qalıblar.

Araşdırmalar göstərir ki, ilk "3-lük"də Əfqanıstan (46%), Cənubi Sudan (45%) və Nigeriya (34%) yer tutur.

 

AzEdu.az xəbər verir ki, bu ölkələrdə yaranmış humanitar böhran, fövqəladə hallar və uzun sürən münaqişələr uşaqları məktəbdən uzaqlaşdırır. 

 

Əfqanıstan

Əfqanıstanda məktəb binaları yoxdur. Dərslər açıq havada keçirilir. Burada müasir təhsilə çıxış çox çətin məsələdir. Sovet işğalı ilə başlayan münaqişələr nəticəsində ölkədə təhsil sistemi geridə qalıb. Təhsil işçiləri illərlə davam edən vətəndaş müharibəsi və siyasi çəkişmələrin yaralarını sağaltmağa çalışırlar. Son 20 ildə təhsil sahəsinə qoyulan investisiyalara baxmayaraq, ölkədə tikilməmiş minlərlə məktəb var. Paytaxt Kabildə 3000 şagirdin təhsil aldığı dövlət məktəbinə bina lazımdır. Bina olmadığından tələbələrin yarısı açıq havada və çadır altında təhsil alır. Məktəblərin maddi-texniki bazası beynəlxalq təhsil standartlarından xeyli geridədir. 

 

Cənubi Sudan

2013-cü ildən bəri davam edən münaqişələr nəticəsində ölkədə hər üç məktəbdən biri zədələnib, dağıdılıb, işğal edilib və ya bağlanıb. Bu gün Cənubi Sudan dünyada uşaqların ən çox təhsildən kənar qaldığı ölkələrdən biridir. 2 milyondan çox uşaq və ya məktəb yaşlı uşaqların 70 faizindən çoxu təhsil sistemindən kənardadır. 

 

Nigeriya

 

Ölkədə əksəriyyəti qızlardan ibarət ən azı 10 milyon uşaq məktəb yaşındadır və dərsə getmir. Nigeriyada təhsili məcburi edən hüquqi tənzimləmə var, amma qanuna əməl edilmir. Ölkədə ibtidai məktəblər pulsuzdur, lakin bir çox ailələr forma, dəftərxana ləvazimatları, kitab ala bilmədikləri üçün uşaqlarını məktəbə göndərmir. Milyonlarla uşaq ailə büdcəsinə töhfə vermək üçün dilənir və ya işləməyə məcbur edilir.