Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 13:23:34
Tələbə Şahin Vəliyev Gəncədə dəfn edildi

Türkiyənin Malatiya şəhərində baş verən zəlzələ zamanı həlak olan Şahin Vəliyev dəfn olunub.

AzEdu.az xəbər verir ki, Şahin Vəliyev Gəncə şəhərindəki qəbristanlıqda torpağa tapşırılıb.


Şahin Vəliyev Malatya şəhərindəki İnönü Universitetinin sonuncu kursunda təhsil alırdı.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.