Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 12:53:38
Zəlzələdə həlak olan tələbə Gədəbəydə dəfn olundu

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyev Gədəbəydə dəfn olunub.

AzEdu.az xəbər verir ki, APA-nın məlumatına görə, Samir Quliyev Gədəbəyin İnəkboğan kənd qəbiristanlığında torpağa tapşırılıb.


Qeyd edək ki, Samir Quliyev 2000-ci ildə anadan olub, uşaqkən atasını itirib.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.