Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 12:28:59
Zəlzələdə ölənlərin sayı 36 mini keçdi

Türkiyədə baş verən zəlzələdə həlak olanların sayı 36 187 nəfərə yüksəlib.

 

AzEdu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

 

Təbii fəlakət zamanı 108 068 nəfərin yaralandığı qeyd olunub.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki ardıcıl zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.