Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 10:08:37
6-cı sinif şagirdi niyə intihar etmək istəyib? – DİN-dən AÇIQLAMA


Bakı şəhəri Nəsimi rayonundakı 159 saylı orta məktəbin altıncı sinif şagirdinin məktəbdə intihara cəhd etməsi barədə məlumat yayılıb.

AzEdu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda şagirdin məktəbin direktoru tərəfindən təhqir edildiyi üçün intihar etmək istədiyi vurğulanıb. Hətta onun ikinci dəfədir buna cəhd etdiyi bildirilib.

 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti qeyd olunan məlumatın yoxlanıldığını, adı açıqlanmayan şagirdin müəllimlərinin və valideynlərinin məlumatı təsdiq etmədiyini bildirib.

Qeyd olunub ki, şagird hazırda dərsdədir.