Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 09:10:00
“Türkiyə, tək ürək” kampaniyası - 115 milyarddan çox vəsait toplandı

Türkiyədə xeyriyyə məqsədli “Türkiyə, tək ürək” adlı ortaq yardım kampaniyası keçirilib.

AzEdu.az xəbər verir ki, zəlzələdən zərər çəkən insanlara yardım məqsədilə keçirilən aksiyada Türkiyə TV-ləri, Azərbaycan Televiziyası, eləcə də Şimali Kiprin televiziya və radio kanalları iştirak edib.

Kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb. Yardım aksiyasına 9 milyon 10 min SMS göndərilib.

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) edib.

Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.