Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 14:15:59
Nazirlik tələbələrin ailələrinə başsağlığı verdi

Elm və Təhsil Nazirliyi Türkiyədəki 6 fevral tarixli zəlzələ nəticəsində həlak olmuş azərbaycanlı tələbələrin ailələrinə başsağlığı verib.

AzEdu.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi Facebook səhifəsində bildirilib:


"Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin həlak olmasından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik. Allah rəhmət etsin!".