Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 10:27:00
Bu rayonda sektor müdiri müəllimlərə müraciət etdi: "Sizdən pul tələb olunsa..."

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunun müdiri İlkin Zeynalov bölgədəki təhsil müəssisələrində çalışanlara müraciət edib.

AzEdu.az xəbər verir ki, o, müraciətində bildirib:

“Hörmətli müəllimlər, tərbiyəçilər və texniki işçilər…

Sizdən çalışdığınız məktəblərdə və bağçalarda direktorlar tərəfindən hər hansı məqsədlə (aylıq, işə qəbul, müqavilənin uzadılması və. s adlarla) "YUXARI" dan tələb edirlər adı altında pul istənilərsə, xahiş edirəm mənə məlumat verin. Məlumatı əsaslı formada şəxsən mənə təqdim etməyinizi xahiş edirəm.

Bu kimi hallarla bağlı həftə içi daxil olmaqla, şənbə və bazar günləri Sizi qəbul edə bilərəm. (Ümumi məlumatlarla deyil, hazırda bu halla qarşılaşan və faktiki olaraq çalışan işçilərin özü müraciət etsin)

Əlaqə nömrəm: 050-568-83-00

Öncədən təşəkkür edirəm!”.