Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 09:03:00
Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, arabir güclənəcək cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 14-19° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.