Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 08:50:00
7 milyon uşaq zəlzələ bölgəsindən təxliyə olunur

Türkiyə və Suriyada baş verən zəlzələnin qurbanlarının sayı hər keçən gün artır. Çox təəssüf ki, dağıntılar arasında sağ çıxanlar barədə getdikcə məlumatlar azalır və bi neçə gündən sonra biz möcüzənin baş verdiyini eşitməyəcəyik. Amma ümidlərimiz aşan son binanın dağıntıları təmizlənənə qədr davam edəcək.

AzEdu.az xəbər verir ki, Türkiyə və Suriya ictiamiyyətini zəlzələ ilə bağlı narahat edən məsələlrdən biri də bu ərazilərdə valideynləri ilə birlikdə yaşayan və ya valideynlərini zəlzələ nəticəsində itirmiş uşaqlardır. Bu barədə dəqiq statistika çıxarmaq hələ ki, mümkün deyil. Amma artıq ilkin rəqəmlər elan olunur.

Türkiyə və Suriyadan gələn xəbərlərə görə, zəlzələ bölgəsində 7 milyondan artıq uşaq yaşayırdı. Türkiyənin 10 vilayətində 4 milyon 600 min, Suriyada isə 2 milyon 500 min. Bu uşaqlrdan neçə nəfərin hələ də dağıntılar altında qalması barədə məlumat yoxdur. Amma həm Türkiyə, həm Suriyada zəlzəldən zərər çəkmiş uşaqların digər bölgələrdə yerləşdirilməsi prosesi başlayıb. Onların yaşayış yeri, isti yemək və paltarla təmin edilməsi hazırkı halda ən zəruri məsələdir.

Azərbaycan bu sahədə də qardaş ölkəyə öz yardımını əsirgəmir. Artıq Türkiyə rəhbərliyinə istənilən sayda uşağın qəbul olunması və yerləşdirilməsinə hazır olduğumuz barədə xəbər verilib. Biz zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılması ilə əlaqədar bütün sahələrdə Türkiyənin yanındayıq. Bu belə də olmalıdır . Xalqımız Türkiyənin acısını azaltmaq üçün imkanlarının fövqündə olan işləri də görməyə hazırdır.

 

Əlimusa İbrahimov