Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 16:55:00
Tələbələr zəlzələ bölgəsindən Azərbaycana neçə köçürülə bilər? - Nazir AÇIQLADI

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyədəki zəlzələ bölgəsində təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi məsələsinə aydınlıq gətirib.

 

AzEdu.az-ın məlumatına görə, nazir deyib ki, bu məsələ Ukraynada müharibə başlayanda da gündəmə gəlmişdi:

 

“Bizim yanaşmamış ondan ibarətdir ki, Azərbaycanda ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi qaydası var.  Bu, subyektiv rəy əsasında, kiminsə fikri ilə tənzimlənmir. Köçürülmə də həmin qaydalara əsasən tənzimlənir. Müvafiq qaydalara görə, tələbə müraciət edirsə, onların meyarları uyğun gəlirsə, belə tələbələri köçürürük”.