Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-11 15:17:00
AzTU-nun professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, fəlsəfə elmləri doktoru Əlipaşa Əliyev vəfat edib.

 

AzEdu.az xəbər verir ki, Əlipaşa Əliyev 1933-cü ildə anadan olub.

 

1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirib. 1963-cü ildən AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub.

 

10 kitabın, 2 metodik vəsaitin və 150-yə qədər elmi məqalənin müəllifi olub.