Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 10:24:00
Azərbaycanda repetitorluqla məşğul olanlar...

Rusiyada repetitorluğun leqallaşdırılması və aztəminatlı ailələrin də bu xidmətdən istifadə etməsinə imkan yaradılması üçün baş nazir Mixail Mişustinin verdiyi sərəncam Azərbaycandakı repetitorluqla məşğul olan müəllimlərin də diqqətini cəlb edib. Necə etmək lazımdır ki, repetitorlar və onların fəaliyyəti dovlətimizin təhsil sahəsindəki qanunlarını pozmasın, ümumtəhsil məktəblərinin fəaliyyətinə mane olmasın və eyni zamanda insanların ali təhsilə əlçatanlığını artırsın.

Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov AzEdu.az-a açıqlamasında bildirib ki, ölkəmizdə bu sahədə əsas qanun pozuntusu repetitorların vergi ödəyib fəaliyyət göstərməsi, lakin lisenziya almamasıdır:

“Azərbaycanda repetitorluq fəaliyyəti göstərən və bu sahədə çalışanlar təhsil sahəsinə rəhbərlik edən şəxsləri ciddi düşündürür. Bu gün repetitorluğun qadağan edilməsi yox, onun gənc nəslin daha savadlı yetişməsində faydasının daha da  artırılması üzərində düşünülür. Fikrimcə, yaxın illərdə repetitorlar azad, leqal fəaliyyət göstərmək hüququ əldə edəcəklər və vergi sistemi daha da təkmilləşdiriləcək. Repetitorların lisenziya almağa cəlb olunması isə bu sahədə baş verən qanun pozuntularının qarşısını almağa imkan verəcək. Nəticədə həm dövlət büdcəsi qazanacaq, həm də repetitorluq tədrisinə daha savadlı müəllimlər cəlb olunacaq. Digər tərəfdən, heç kimə sirr deyil ki, bu gün özəl müəllimlik fəaliyyəti ilə layiqli ziyalılarımız, savadlı müəllimlərimizlə yanaşı, sadəcə pul qazanmaq xatirinə təsadüfi fəaliyyət göstərən şəxslər də məşğul olurlar. Lisenziya ali təhsil almış, məktəbdə yetərincə dərs demək təcrübəsinə malik olan şəxslərə verilməlidir ki, onlar bu işi daha da irəli apara bilsinlər”.