Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-07 17:03:00
Müəllimin vahid forma geyinməsi varlı-kasıb mövzusuna son qoyacaq-Təhsil eksperti

“Son günlərdə müəllimlərin vahid forma geyinməsi məsələsi çox müzakirə edildi. Hətta bəzi məktəblərdə müəyyən addımlar da atıldı. Müəllimlərin vahid forma geyinməsini alqışlayıram”

Kənardan baxanda şəxsin müəllim olduğu hiss olunmalıdır.

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib açıqlamasında bildirib. O, fikrini bununla əsaslandırıb:

”Belə olanda varlı-kasıb mövzuları aradan qalxır. Müəllimin davranışı da, geyim tərzi də birbaşa şagirdlərə təsir edir. Şagird çox hallarda müəlliminə valideynindən artıq diqqət edir.
Müəllim daş-qaşdan, parıltılı geyimlərdən uzaq durub şagirdlərin diqqətini belə şeylərlə çəkməməlidir. Buna görə də vahid forma məqsədəuyğun olardı. Kənardan baxanda şəxsin müəllim olduğu hiss olunmalıdır. Müəllim toy paltarı ilə məltəb paltarını fərqləndirib uyğun tərzdə geyinmirsə, vahid formaya mütləq keçilməlidir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları