Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 14:52:00
Məktəblərdə qış tətili bu tarixdən başlayır 

Azərbaycanda məktəblilər 27-31 yanvar tarixlərində qış tətilinə çıxacaqlar.

 

AzEdu.az xəbər verir ki, "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri"ndə öz əksini tapıb.

 

Əmrə əsasən, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.

 

Beləliklə, respublikanın məktəblərində qış tətilindən sonra ilk dərs günü fevralın 1-nə təsadüf edəcək.