Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 14:26:00
Qarabağ və Şərqi Zəngəzurda inşa edilən məktəblərlə bağlı son vəziyyət açıqlanıb    

“2023-cü ildə 27 məktəbin təmiri nəzərdə tutulur.Bunlardan beşi işğal olmuş ərazilərdə olan məktəblər, geridə qalanı isə digər məktəblərdir.Hazırda Şuşa və Ağdam şəhərində yeni məktəb tikilir"

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini  Fərhan Əliyev "Təhsil masası"nda deyib:

 

"Şuşada 960 yerlik 1 nömrəli və Ağdam şəhərində 960 yerlik 1 nömrəli məktəblərin tikildiyini söyləyib. Bildirib ki, hər iki təhsil müəssisəsinin bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur"

 

F.Əliyev deyib ki, bundan əlavə, Özbəkistan hökuməti tərəfindən Füzulidə 960 yerlik məktəb tikilir. Bir də Cəbrayılda yerli sponsorun təşəbbüsü ilə 960 yerlik məktəb inşa olunur. O, Füzulidə tikilən məktəbin də bu ilin sentyabrında təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd edib.