Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 14:19:00
Xeyli məktəbdə sanitar qovşaq problemi var imiş - Nazirlik rəsmisi

"Tikinti zamanı məktəb heyəti yaxın ərazilərdəki məktəblərə köçürülür. Əgər məsafə uzaqlıq təşkil edərsə, şagirdlərin daşınması üçün xüsusi nəqliyyat vasitəsi təmin olunur. Eyni zamanda onlayn təhsil də bir çıxış yolu olaraq seçilə bilər".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini  Fərhan Əliyev "Təhsil masası"nda deyib:

 

Fərhan Əliyev eyni zamanda məktəblərin sanitar qovşaqları ilə də bağlı məsələlərə aydınlıq gətirib.

 

O bildirib ki, 2022-ci ildə 338 məktəbdə ya yeni sanitar qovşaq tikilib ya da köhnəsi əsaslı təmir olunub. Bu ilin sonuna qədər bütün köhnə məktəblərin təmiri nəzərdə tutulur".- deyə o bildirib.

 

Aysun Əsgərova