Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 10:00:00
Nazir müavini təhsildəki inkişafı rəqəmlərin dili ilə sadaladı – Artmaqda olan qızıl, gümüşlər və...  

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib. 

AzEdu.az xəbər verir ki, konfransda çıxış edən təhsil nazirininin müavini Məhəbbət Vəliyeva ötən tədris ili üzrə IX və XI sinif məzunlarının statistik göstəriciləri barədə söz açıb: 

“Ötən tədris ilində IX sinfi 28.125 nəfər, XI sinfi 19.192 nəfər, XII sinfi 638 nəfər bitirib. Bütün məzunlara attestatlar, təhsildə xüsusi nailiyyətləri ilə seçilən IX siniflər üzrə 768,  XI siniflər üzrə 1074 məzuna, ümumilikdə, 1842 məzuna fərqlənmə attestatı,  XI sinfi xüsusi nailiyyətlərlə bitirən 42 nəfər məzuna qızıl, 2 nəfər məzuna isə gümüş medal verilib”. 

Qeyd edək ki, ötən ili ilə müqayisədə qızıl medalların sayı 16 ədəd artıq olub. 2016/2017-ci dərs ilində 26 nəfər məzuna qızıl medal, 3 nəfər məzuna gümüş medal verilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları