Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-27 12:07:00
96 məktəbdə təmir və tikinti işləri aparılıb  

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 96 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

 

AzEdu.az xəbər verir ki, ehtiyac olan ərazilərdə 7 yeni məktəbin (Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahəsi, Kürdəxanı, Xocasən qəsəbəsi, Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanıb. Bundan əlavə, 1 məktəbdə (320) əsaslı təmir və bərpa gücləndirmə işləri, 2 məktəbdə (87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 1 məktəbdə isə (35) binanın sökülərək yenidən tikintisi həyata keçirilib.

 

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 məktəbəqədər təhsil müəssisəsində (257, 277, 215, “Çiçək”) əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsinin binası tikilərək istifadəyə verilib.

 

Həmçinin cari ildə 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, “A.Məmmədov” adına) əsaslı təmir işlərinə başlanılıb.