Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-26 10:04:00
Bu il Bakıda 2012 müəllim işə qəbul olunub

 İşə qəbul üzrə 2 334 vakansiya təqdim olunub 2022-2023-cü tədris ili üçün  müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 334 vakansiya təqdim olunub.

 

AzEdu.az xəbər verir ki, 2 012 nəfər işə qəbul olunub Müsabiqələr nəticəsində 2 012 nəfər işə qəbul olunub. Bunlardan: 795   nəfər  müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində; 1 098  nəfər  müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində; 119 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

 

Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 322 ixtisaslı kadr dəvət edilib.