Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-24 17:05:00
Cəlilabadda bərbad vəziyyətə düşən məktəb yolu bərpa edilib

Cəlilabad rayonunda yeni inşa edilən orta məktəbin bərbad vəziyyətdə olan yolu təmir edilib.

 

AzEdu.az xəbər verir ki, məsələ işıqlandırıldıqdan sonra problem aradan qaldırılıb.

 

Belə ki, yolda təmir-bərpa işləri aparılıb və əraziyə çınqıl daş döşənib. Bununla da təhsil müəssisəsinə gedən yolda müəllim və şagirdlərin hərəkətində yaranan çətinliklər aradan qaldırılıb.

 

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının şəhər ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, yolda təmir-bərpa işləri bundan sonra da davam etdiriləcək. Qeyd edilib ki, yaxın vaxtlarda yola asfalt örtüyü də çəkiləcək.

 

Report.az