Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-23 15:21:00
139 nömrəli məktəbdə döyülmə halı olmayıb

139 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi iddialarına aydınlıq gətirilib.

 

Məktəbdən verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Bildirilib ki, məktəbin V sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) döyülməsi ilə bağlı bəzi mediada yayılan məlumat həqiqətə uyğun deyil:

 

"Məktəbdə belə bir hadisə baş verməyib. Qeyd olunan şagird 22 dekabr tarixində dərsdə olub. Valideynin dediyinə görə evə vaxtında gedib. Bu gün də ikinci növbə dərsə gəlib".