Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-22 12:36:00
Rəqəmsal summativ qiymətləndirmələr keçirilir

 

2022-ci təqvim ilindən başlayaraq BŞTİ-nin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələr keçirilir.

 

AzEdu.az xəbər verir ki, rəqəmsal summativ qiymətləndirmələr IV-XI siniflərdə bütün fənlər üzrə Microsoft TEAMS proqramı vasitəsilə aparılır.

 

Rəqəmsal summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.