Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 17:07:00
ADNSU-da tələbələrlə bu mövzuda görüş keçirilib

Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AİESEC təşkilatının mütəxəssisləri tələbələrlə görüş keçirib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə AİESEC təşkilatının Marketinq meneceri Nuranə Cəbrayılova tələbələrə təşkilat və layihələri haqqında ətraflı məlumat verib. Təcrübə proqramları barədə danışan N.Cəbrayılova həmin proqramları bitirən şəxslərin işlə təmin olunması, beynəlxalq sertifikat və digər uyğun imkanlar əldə edəcəklərini diqqətə çatdırıb. Hazırda layihə çərçivəsində dörd təcrübə proqramlarının mövcudluğu qeyd edən N.Cəbrayılova proqramlara qoşulma qaydalarını da tələbələrə ətraflı izah edib.

 

Təşkilatın meneceri Solmaz Abdul iş təcrübəsi, eyni zamanda işə qəbul qaydaları haqqında danışıb. AİESEC təşkilatının  Marketinq direktoru Aydan Bağırzadə isə iş təcrübəsi və layihələr haqqında ətraflı məlumat verib.

 

Sonda mütəxəssislər tərəfindən tələbələrin sualları cavablandırılıb.