Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 16:25:00
Beynəlxalq səviyyəli mütəxəssislər ADNSU tələbələrinə seminar keçiblər

Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Schlumberger (SLB) qlobal texnologiya şirkətinin Xəzər regionu üzrə işə qəbul koordinatoru Daniyel Serikbayev, Rusiyya və Mərkəzi Asiya üzrə işə qəbul və universitetlərlə əlaqələr üzrə meneceri Alexander Nekrasovun tələbələrlə görüşü keçirilib.

 

AzEdu.az xəbər verir öncə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov qonaqları təqdim edərək görüş haqqında iştirakçılara ətraflı məlumat verib.

 

Daniyel Serikbayev və Alexander Nekrasov prezentasiya ilə çıxış ediblər. Onlar tələbələrə CV hazırlamağı yolları, işə qəbul prosesi, uğurlu karyera üçün görülməli olan vacib amillər və gənclər üçün maraqlı olan digər bu kimi mövzularla bağlı çıxış ediblər. Tələbələr üçün də son dərəcə maraqlı olan görüş sual-cavabla davam edib. Təcrübəli mütəxəssislər tələbələrin suallarını cavablandırıblar, qeyd ediblər ki, uğur qazanmaq üçün yüksək təhsil və səriştə də ən vacib nüanslardandır və onlar bunu hər zaman nəzər almalıdırlar. Seminardan sonra qonaqlar universitetlə, burada tələbələrin yaxşı təhsil alması üçün yaradılan şəraitlə tanış olublar.