Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 15:01:00
bp Azərbaycan ADNSU tələbələri üçün şirkətdə iş və təcrübə imkanlarına dair təqdimat keçirib

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bp Azərbaycan şirkəti tərəfindən “Tələbə və Məzunların İşə Qəbul proqramı 2023” çərçivəsində “Energetika” fakültəsinin tələbələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə bp şirkətinin erkən karyera üzrə müşaviri Mehriban Şıxzamanova tələbə və məzunlar üçün olan iş və təcrübə imkanları, həmçinin müraciət qaydaları ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

 

Sonra şirkətin “Energetika” şöbəsinin Mühəndislər Qrupunun rəhbəri Məzahir İbrahimov və şöbənin əməkdaşı Ruslan Məmmədov aidiyyatı sahə üzrə olan iş şəraiti və prinsipləri, hədəf və məqsədlər barədə danışıblar.

 

ADNSU-nun “Energetika”fakültəsinin dekanı, dosent Aydın Əliyev bp Azərbaycan şirkəti ilə olan əlaqələrin zəruriliyini vurğulayıb və bu istiqamətdə daha genişmiqyaslı işlərin aparılacağını bildirib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

 

Qeyd edək ki, ADNSU-da mövcud proqram üzrə ilk görüş noyabrın 17-də baş tutub.