Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 10:05:00
UNEC komandası STEAM Azərbaycan festivalının gümüş medalını qazandı

Azərbaycan Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagird və tələbələr arasında Steam Azərbaycan Festivalı (SAF 2022)” keçirilib.

 

AzEdu.az xəbər verir ki, festivalda UNEC tələbələrindən ibarət “UNECoders” komandası LearnHub layihəsi ilə təmsil olunub. Layihənin məqsədi ixtisas seçimi etmək istəyən şagirdlərinə fənlər üzrə biliklərinin test edilməsi, eləcə də digər ixtisas və ya universitetə köçürülmək (transfer) niyyətində olan təhsilalanlara bu  istiqamətdə mentorluq dəstəyi göstərmək olub.

 

Ölkə üzrə bütün orta və ali təhsil müəssisələrinin təmsil olunduğu festivalda “UNECoders” komandası II yeri qazanaraq, gümüş medal əldə ediblər.

 

Komandanın kapitanı BMDM-in magistri Əli Bəşirov, koordinator Maliyyə və mühasibat fakültəsinin tələbəsi Nübar İsrafilova, proqramçı Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Bəhram Abbasov, dizayneri isə UNEC Dizayn Məktəbinin tələbəsi Nemət Cəfərov olub.

 

Tələbələrimizi təbrik edir, yen-yeni uğurlar arzulayırıq!