Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 09:26:00
 ADNSU-da kitab təqdimatı keçirilib

Dekabrın 13-də Azİİ e-Kitab Evində Kimya Texnologiya Fakültəsinin (KTF) dekanı,  professor Sevinc Məmmədxanovanın “Sintetik neft turşuları əsasında alınmış sənaye əhəmiyyətli reagentlərin tətbiqi” adlı monoqrafiyasının  təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, təqdimatı giriş sözü ilə açan Kitab evinin direktoru Səlahət Mahmudova monoqrafiya haqqında tədbir iştirakçılarına məlumat verib.

 

Sonra ADNSU-nun Elmi İşlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Kimya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, akademik,  Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov çıxış edərək yeni nəşrin əhəmiyyətindən danışıblar.

 

KTF-nin professorları t.e.doktoru Həsənov Ələkbər, t.e.doktoru Həmidov Əbülfəz, KTF-nin dosenti, t.ü.f.d. Qurbanov Əzizağa kitab haqqında xoş təəssüratlarını bölüşüblər və monoqrafiyanın oxucular üçün əhəmiyyətli vəsait olduğunu qeyd ediblər.

 

Qeyd edək ki, monoqrafiya ADNSU-nun Elmi Şurasının 28 aprel 2021-ci il tarixli qərari ilə tövsiyyə olunub. Monoqrafiya elmi işçilərin, müəllimlərin, doktorantların və magistrantların istifadəsi üçün nəzərdə tutulub. Yüksək keyfiyyətə və nəfis tərtibata malikdir.