Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 09:13:00
BMU tələbələri Heydər Əliyev adına Neft Emalı zavodunda olublar

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının tələbələri SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olublar.

 

AzEdu.az xəbər verir ki, tələbələrə zavoddakı avadanlıq və proseslər haqda seminar və vebinar keçirilib. Onlara avadanlıqların işləmə prinsipləri ətraflı izah olunub, həmçinin zavoddakı proseslər, modernizasiya və yenidənqurma layihəsindəki yeniliklər barədə məlumat verilib.

 

NEZ-ə səfər zamanı fərdi mühafizə vasitələri ilə təmin edilən tələbələrə Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi təlimi keçirilib. Gəzinti zamanı tələbələr zavoddakı kimyəvi proseslərin idarəetmə mexanizmi barədə də məlumatlandırılıb, neft emalı proseslərini əyanı şəkildə izləyiblər, onları maraqlandıran suallar peşəkar mühəndislər tərəfindən çavablandırılıb.

 

Qeyd edək ki, səfər BMU-da kimya mühəndisliyi tələbələrinin inkişafı üçün qurulmuş cəmiyyət - “Society of Chemical Engineers”in (SChE) təşəbbüsü ilə baş tutub. Cəmiyyətin məqsədləri sırasına tələbələrin nəzəri biliklərinin gücləndirilməsi, tədrisdə öyrənilənlərin sənayedə tətbiqi üzrə əlaqələrin qurulması, dərslərdən əlavə digər bacarıqlarının da inkişafına kömək etmək və onlara mühəndislik karyeralarını formalaşdırmaqda yol göstərmək daxildir.