Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-13 09:13:00
ADNSU-da növbəti “Açıq mikrofon” keçirilib

Dekabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib. Tədbirdə faktiki iştirak edən tələbə və müəllimlərlə yanaşı, “Açıq mikrofon” universitetin Akt zalından həm də facebook üzərindən birbaşa canlı yayımlanıb.

 

AzEdu.az xəbər verir ki, universitetdə tədris və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri xatırladan rektor, professor Mustafa Babanlı yeni layihələrdən və icra olunan təhsil proqramlardan, tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi üçün atılan addımlardan danışıb. Rektor, professor Mustafa Babanlı tədris ilində ADNSU-nun daha çox tələbat olan ixtisaslarından da danışıb, təhsil və tədrisin yaxşı təşkili, universitet əməkdaşlarının elmi naiyyilətlərinin artırılmasının hər zaman diqqətdə saxlandığını deyib.

 

Sonra “Açıq mikrofon”da tələbələrin çoxsaylı sualları rektor, professor Mustafa Babanlı tərəfindən cavablandırılıb.