Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 17:22:00
ADNSU-da ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və dahi şəxsiyyətə həsr olunmuş video sujet nümayiş olunub.

 

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin  keçdiyi şərəfli həyat yolundan və milli quruculuq fəaliyyətindən danışıb. Azərbaycan xalqının taleyində, milli birlik və dövlətçiliyin formalaşmasında, o cümlədən ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən rektor M.Babanlı dahi şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan danışıb.

 

Sonra çıxış edən ADNSU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Heydər Əliyevin əsl lider kimi yaddaşlarda daim yaşayacağını, onun həyatının və vətənə bağlılığının gənc nəsilə hər zaman örnək olduğunu vurğulayıb.