Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 16:56:00
Azİİ e-Kitab Evində “Heydər Əliyev Anım Günü” adlı kitab sərgisi təşkil olunub

Dekabr ayının 10-da ADNSU Azİİ e-Kitab Evində dahi rəhbərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş  “Heydər Əliyev Anım Günü” adlı kitab sərgisi təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, sərgidə ümummilli lider, dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar və digər materiallar yer alıb.

 

Eyni zamanda sərgidə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən kitab və digər dövri nəşrlər də nümayiş olunub.