Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 14:49:00
BMU tələbələri Sumqayıt Texnologiyalar Parkında təcrübədə olublar  

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya müəllimliyi ixtisası üzrə təhsil alan II kurs tələbələri Sumqayıt Texnologiyalar Parkında (STP) olublar.

 

AzEdu.az xəbər ki, “Universitet-sənaye” əməkdaşlığı çərçivəsində baş tutan səfər BMU-da tədris olunan "Qeyri-üzvi kimya -1" fənni üzrə tələbələrin nəzəri bilklərinin təcrübə ilə birləşdirilməsi və bu biliklərin daha da dərinləşdirlməsi məqsədilə gerçəkləşdirilib.

 

BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi gəzintidə zavodun mühəndisləri tərəfindən STP-də istehsal edilən məhsullar, həmin məhsulların işlənmə metodları və istehsalat laboratoriyası haqqında tələbələrə geniş məlumat verilib, həmçinin onları maraqlandıran suallar ətraflı cavablandırılıb.