Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 13:53:00
Bölgə məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu-FOTOLAR

 

 

Bu gün Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsində qalib olmuş "Birlikdə əylənək və öyrənək "adlı layihə çərçivəsində şagirdlər arasında Nə? Harada? Nə zaman? intellektual oyununun final mərhələsi keçirilib.

 

Yarışın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra  layihə rəhbəri Feyruz Kərimov və layihənin eksperti Səid İmanzadə çıxış edərək layihə haqqında şagirdlərə ətraflı məlumat vermiş,komandalara uğurlar arzu ediblər.

 

Ümumilikdə yarış iki mərhələdə təşkil olunmuşdur. Yarımfinalda 13 kənd məktəbinin komandaları iştirak etmiş və ilk 6 yerin sahibi finala vəsiqə qazanmışdır.

 

Final mərhələsi isə 6 şəhər məktəbi və 6 kənd məktəbi arasında keçirilib.

12 komandanın mübarizə apardığı yarışın sonunda ilk 3 yerin sahibi qalib adını qazanıb:

 

1."Şuşa"komandası (Uzuntəpə kənd 1 nömrəli tam orta məktəb)

 

2."Dəmir yumruq " (Göytəpə şəhər 1 nömrəli tam orta məktəb)

 

3."Zəfər"komandası(Cəlilabad şəhər 8 saylı Texniki və Humanitar Təmayüllü məktəb- litseyi)

 

Komandalara layihənin rəhbəri Feyruz Kərimov tərəfindən kubok,hədiyyələr və diplomlar verilib.

 

Ümumilikdə layihə çərçivəsində yarışda 19 məktəb 133 şagird iştirak edib.