Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 09:43:00
BMU və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək  

Bakı Mühəndislik Universiteti (BMU) və Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” adı altında əmək yarmarkası təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, yarmarkada tələbələr və məzunlar üçün iş, təcrübə imkanları, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq imkanı yaradılacaq.

 

Sizləri 15 dekabr 2022-ci il saat 10:30-13:00 tarixində BMU-nun əsas binasında keçiriləcək əmək yarmarkasında  iştirak etməyə dəvət edirik.

 

Yarmarkada iştirak üçün qeydiyyat linki : https://forms.gle/LfhCwg4oHruKZhLj6

 

Qeyd: qeydiyyatdan keçməyən şəxslər universitet ərazisinə daxil ola bilməyəcək.