Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 08:40:00
M.İbrahimov adına Təhsil Kompleksində rektorla görüş - FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın rəhbərliyi ilə böyük bir heyət Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə iki təhsil müəssisəsi arasında ötən günlərdə imzalanan qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində işgüzar səfər ediblər.

 Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

 

Qonaqlar şagirdlər tərəfindən hazırlanan maraqlı rəqs sintezi ilə qarşlandıqdan sonra liseyin şagirdləri İbişova Zəhra və Eyvazlı Əmirəlinin ingiliscə təqdimatında Kompleksdə fəaliyyət göstərən STEAM mərkəzi  ilə tanış olublar.

 

Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Daha sonra Kompleksin 10 və 11-ci sinif şagirdlərinin Azərbaycan dili kafedrasının rəhbəri Rövşən Adıyevin rəhbərliyi ilə hazırladığı “110 kitab” layihəsinin təqdimatı qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

Bir 10 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

 

Davamında Biləsuvar Rayon İcra Hakimiyyətinin baçşısı Faiq Qürbətovun da iştirak etdiyi Kompleksin pedaqoji heyəti ilə görüş baş tutub.

 

 Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Görüşdə Kompleksin icraçı direktoru Aqşin Bağırov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və qonaqlar çıxış ediblər.

 Bir 13 kişi, oturan insanlar, ayakta duran insanlar, iç mekan ve ofis görseli olabilir

Sonda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.