Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-11 14:44:00
AzTU Beynəlxalq festivalda 3-cü yerə layiq görülüb

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilib.    

 

AzEdu.az xəbər verir ki, bağlanış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları iştirak ediblər.  

 

Elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayaraq festival qaliblərini təbrik edib. 

 

Ölkəmizdə "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlərə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayan Emin Əmrullayev bu dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. 

 

SAF 2022-yə ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb. Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) "InTech" komandası festivalın Hackathon kateqotiyasında iştirak edərək 25 komanda arasında 3-cü yerə layiq görülüb. 

 

Qeyd edək ki, "In-Tech" komandasının üzləri Ömər Ələsgərov,  Mirsahib Ağazadə və Kamran Mahmudov AzTU-nun "Cezeri Lab" laboratoriyasında aktiv fəaliyyət göstərirlər. Komandanın mentoru AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyevdir.