Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-10 11:32:00
ADNSU-da SOCAR-ın “Gənc istedadlar” proqramının təqdimatı keçirilib

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın “Gənc istedadlar” proqramının təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitetin tələbə və müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə SOCAR-ın İşə qəbul şöbəsinin rəisi Cavid Umbayev  çıxış edib. O, SOCAR-da iş prosesi, icra olunan layihələr və hədəflər haqqında məlumat verib. Bildirilib ki, gənc mütəxəssislərə şirkətdə xüssusi dəstək verilir və onlarla daha böyük nailiyyətlərə çatmaq mümkündür.

 

SOCAR-ın İşə qəbul şöbəsinin mütəxəssisi Aygün Qəniyeva isə təqdimatı keçirilən proqram haqqında tələbələrə geniş məlumat verib. O həmçinin, başqa proqramlar, icra olunan yeni layihələr haqqında da danışıb, tələbələrin suallarını cavablandırıb.