Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-09 18:00:00
BMU-da büdcə ilə bağlı elmi-metodiki seminar keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində "2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi" mövzusunda növbəti elmi-metodiki seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov belə elmi seminarların təşkilinin vacibliyini önə çəkərək, tədbirin mahiyyəti və həsr olunduğu mövzunun aktuallığından danışıb.

 

Seminarda məruzə ilə çıxış edən Maliyyə və mühasibat kafedrasının professoru Saleh Məmmədov ölkənin makroiqtisadi proqnozlaşdırma texnologiyasının qiymətləndirilməsi, icmal və dövlət büdcəsi proqnozlarının uyğunluğu, 2023-cü ilin büdcəsinin üstünlükləri, brent markalı neftin qiymətinə dair proqnozlar, Azərbaycanda inflyasiya ilə bağlı beynəlxalq təşkilatların proqnozları və s. məsələlər barədə ətraflı bəhs edib.

 

Digər məruzəçi - universitetin Elmi işlər üzrə prorektoru, İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Elçin Süleymanov Azərbaycanda son illərdə büdcə dinamikasında qeydə alınan dəyişikliklər, o cümlədən 2023-cü il üçün yaşayış minimumunun artırılması barədə məlumat verib. Elçin Süleymanov 2023-cü il üçün makroiqtisadi proqnozlar, dünya iqtisadiyyatı ilə bağlı aparıcı beynəlxalq təşkilatların proqnozları və digər məsələlər haqda da ətraflı məlumatlar tədqim edib.

 

Sonra məruzlər ətrafında müzakirələr aparılıb, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.