Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-09 13:45:00
“Tiktokerlərlə görüş üçün universitetləri tənqid deyil, təqdir etmək lazımdır”-Osman Gündüz

 

“UNEC-in tiktokerlərlə görüş təşkil etməsi birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Dərhal qeyd etmək istərdim ki, belə bir görüşlə bağlı nəinki universitetləri tənqid etmək, əksinə təqdir etmək daha doğru olardı”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz qeyd edib.

 

O.Gündüz ali təhsil müəssisələrini “TikTok” plaformasından kənarda saxlamağın doğru olmadığını bildirib:

 

“Hazırda “TikTok” Azərbaycanın informasiya mühitində xüsusi yer tutur. Milyonlarla istifadəçisi var. Artıq onun üzərində bizneslər qurulur. Marketinq aləti olaraq və tanıtım üçün effektiv istifadə olunur. Baxıram ki, son zamanlar çox doğru olaraq dövlət mediası və TV-lər də bu sosial platformaya inteqrasiya edir. Belə bir anda UNEC-i, universitetləri “TikTok”dan kənar tutmaq çağırışları doğru bir yanaşma olmazdı”.

 

O, sözügdən platforma ilə bağlı bir sıra lazımlı addımların atılmalı olduğunu qeyd edib:

 

“Əksinə, düşünürəm ki, biz hökumətdən , Elm və Təhsil Nazirliyindən, UNEC-dən və digər universitetlərdən “TikTok”la bağlı aşağıdakıları xahiş və tələb etməliyik:

 

- TikTok-da faydalı kontent istehsalına resurslar ayrılsın;

- Azərbaycandilli faydalı kontentin yaradılması, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılmasına dəstək verilsin;

-TikTok-da təhsil yönümlü, intellektual yönümlü , vətənpərvərlik istiqamətində video resursların hazırlanması üçün qrantlar verilsin;

-TikTok-dan, onun marketinq alətlərindən startap ekosistemin , sahibkarların biznes və tanıtım üçün necə effektiv istifadə olunması ilə bağlı təlimlər keçirilsin, maarifləndirici resurslar hazırlansın;

- Bu sosial platformada zərərli və qanuna zidd kontentin yayılmasının qarşısının alınması, uşaqların informasiya təhlükəsizliyinin qorunması istiqamətində fəaliyyəıt dəstəklənsin və s.”

 

“Məsələn, müşahidə etsək ki, UNEC tiktokerlərlə bu cür görüşdən sonra öz tələbələrini də cəlb etməklə təhsil, marketinq yönümlü faydalı video resurslar hazırlamaq üçün auditoriyası geniş olam tiktokerlərə qrantlar ayırıb, bunu ancaq alqışlamaq olar”-deyə,o bildirib.